BANK

06 Dekabr

AİB Mərkəzi Asiyanın su və enerji problemlərinin həllində əməkdaşlığın vacibliyini vurğulayıb

Avrasiya İnkişaf Bankının (AİB) İdarə Heyətinin sədri Nikolay Podquzov, Mərkəzi Asiyanın rifahı üçün "Nexus" problemlərinin həlli mövzusunda əhəmiyyətli açıqlamalar verib.

Fins.az xəbər verir ki, Qazaxıstanın Almatı şəhərində keçirilən "Mərkəzi Asiyada tərəfdaşlıq: qlobal çağırışlara lokal problemlərin prizmasından baxış" sessiyasında çıxış edən Podquzov, regionun suvarma suyu ehtiyatlarının 40 faizini və içməli suyun 50 faizdən çoxunu itirdiyini bildirib. O, bu problemlərin kompleks yanaşma tələb etdiyini və Mərkəzi Asiyanın rifahı üçün həlledici olduğunu vurğulayıb.

Podquzov, suvarma suyu çatışmazlığını aradan qaldırmaq üçün 5-12 min kvadrat kilometr ərazidə işlərin görülməli olduğunu və 10 milyon insana təhlükəsiz içməli suya çıxış təmin etməyin vacibliyini qeyd edib. Ayrıca, artan enerji tələbatını qarşılamaq məqsədilə regionun hidroenerji potensialının inkişaf etdirilməsinin zəruri olduğunu bildirib. O, bütün bu məsələlərin həlli üçün region haqqında dərin biliklər, unikal layihə ekspertizası, kapital yatırımları və əməkdaşlığın vacib olduğunu əlavə edib.