BANK

06 Dekabr

Mastercard VIII Beynəlxalq Bankçılıq Forumunda qlobal sponsor olaraq iştirak edib

Mastercard 3-4 dekabr tarixlərində Bakıda keçirilmiş VIII Beynəlxalq Bankçılıq Forumunun (IBF) qlobal sponsor olaraq tədbirdə iştirak edib. Forumda təhlükəsiz və dayanıqlı bankçılıqda ən son trendləri və problemləri müzakirə etmək üçün bankçılıq və maliyyə sektorunun aparıcı mütəxəssislərini bir araya gəlib.

Fins.az xəbər verir ki, Forumun əsas məqamlarından biri Mastercard-ın Azərbaycandakı üzrə Ölkə Meneceri Emil Zeynalovun moderatorluğu ilə baş tutmuş "Bankçılıqda Yeni Trendlər və Yeni Nəsil Sadiqlik Proqramları" mövzusunda keçirilən panel müzakirəsi olub. Emil Zeynalovla yanaşı, paneldə Mastercard-ın Rəqəmsal Bankçılıq üzrə Birinci Vitse-Prezidenti Eren Özkan, Mastercard-ın Müştəri Məlumatları üzrə Direktoru Gözde Şahin, Azərbaycan Hava Yollarının Sadiqlik Proqramları üzrə Rəhbəri Araz Əliyev və Kapital Bankın Ekosistem Tərəfdaşlığı Şəbəkəsi Departamentinin Rəhbəri Mahmud Mahmudov iştirak edib. Müzakirələrin əsas mövzusunu müştəri davranışlarının təhlilinin əhəmiyyəti, müştəri sadiqliyində yaranan yeni trendlər və bankçılıqda sadiqlik proqramlarının gələcəyi mövzuları təşkil edib.

Mastercard-ın Azərbaycan üzrə Ölkə Meneceri Emil Zeynalov çıxışı zamanı bildirib: "Müasir dinamik bazarda öndə olmaq üçün banklar və maliyyə institutları müştəri davranışlarını daim təhlil etməli və strategiyalarını təhlil nəticələrinə uyğunlaşdırmalıdır. Sadiqlik proqramlarının gələcəyi müştərilərlə daha dərin, daha fərdiləşdirilmiş əlaqələr qurmaq və hər iki tərəf üçün dəyər yaratmaqla bağlıdır."

Eren Özkan öz növbəsində qeyd edib: "Məlumat bankçılıqda yeni valyutadır. Müştəri davranışlarını daim izləyib təhlil etməklə real müştəri sadiqliyi yaradan və uzunmüddətli münasibətləri gücləndirən daha effektiv, hədəflənmiş sadiqlik proqramları hazırlaya bilərik."

Gözdə Şahin isə əlavə edib: "Mastercard məlumatların təhlili vasitəsilə müştəri davranışlarını təhlil edərək kart sahibləri üçün fərdiləşdirilmiş sadiqlik proqramları hazırlayır. Süni intellekt və blokçeyn kimi texnologiyaları yaxından araşdıraraq etibarlılığı artırır və müştəri sadiqliyini gücləndiririk. Mastercard sadəcə əməliyyatlarla kifayətlənmir, həm də nüfuzun artırılması hüdudlarından kənara çıxaraq emosional əlaqələr qurmağa çalışır."

Forumun qlobal sponsoru kimi Mastercard bank sektorunda innovasiyaların inkişafı və yeni nəsil bankçılıq həlləri üzrə əməkdaşlıq müzakirələrinin təşviqi naminə öhdəliyini bir daha vurğulayıb.

Forum, həmçinin, sənaye liderləri, tənzimləyicilər, fintek şirkətləri və beynəlxalq maliyyə institutları arasında fikir mübadiləsi üçün platforma rolunu oynayıb.

Zemfira Ms
Fins.az