Azərbaycan Mərkəzi Bankı (AMB), Lüksemburqdan "Howden Specialty Luxembourg, S.ά.r.l" və BƏƏ-dən "Volante (DIFC)" şirkətlərini xarici sığorta brokerləri reyestrinə əlavə edib.
Fins.az, bu barədə AMB-yə istinadən xəbər verir.
Bu dəyişikliklə, ölkənin sığorta bazarında fəaliyyət göstərən xarici brokerlərin ümumi sayı 95-ə yüksəlib. "Howden Specialty Luxembourg" 2019-cu ildən, "Volante (DIFC)" isə 2021-ci ildən sığorta və təkrarsığorta sahəsində fəaliyyət göstərir.