BANK

06 Dekabr

AMB investisiyaların təşviqi üzrə mühüm təşəbbüsləri müzakirə edib

Azərbaycan Mərkəzi Bankında (AMB) investisiyaların təşviqini dəstəkləyən mühüm təşəbbüslər müzakirə edilib.

Fins.az xəbər veri ki, bunu AMB-nin sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"AMB-də İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD), eləcə də Azərbaycan İnvestisiya Holdinqinin rəhbər şəxsləri ilə görüşdük, Holdinqin və onun müəssisə portfelinin korporativ idarəetmə icmalının nəticələri ətrafında fikir mübadiləsi apardıq, həmçinin maliyyə bazarlarının inkişaf tendensiyalarını, investisiyaların təşviqini dəstəkləyən mühüm təşəbbüsləri və mümkün əməkdaşlıq perspektivlərini müzakirə etdik", - deyə o qeyd edib.

Fuad Mədətov
Fins.az