Finss.az - 2025-ci ilin yanvar ayı ərzində Milli Ödəniş Sistemləri (AZİPS, XÖNKS, AÖS) vasitəsilə aparılan tranzaksiyaların ümumi həcmi 70,945 milyard manatı, sayı isə 14,3 milyonu ötüb.
Azərbaycan Mərkəzi Bankının hesabatına əsasən, 2024-cü ilin eyni ayının göstəricilərinə nisbətdə aparılan əməliyyatların həcmində 5,7 faiz, sayında isə 16,2 faiz artım qeydə alınıb.
Cari ilin ilk ayında AZİPS vasitəsilə 117 min əməliyyat üzrə 66,798 milyard manat, XÖNKS vasitəsilə 14,1 milyon əməliyyat üzrə 4,059 milyard manat, AÖS ilə isə 72,2 min əməliyyat üzrə 87,9 milyon manat həcmində ödəniş həyata keçirilib.