BANK

04 Dekabr

Azərbaycanda manatla depozitlər 4% artıb

Fiziki şəxslərin cəmi əmanətləri (sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin depozitləri nəzərə alınmaqla) 9.4% artaraq cari ilin sentyabrın sonuna 14.2 mlrd. manat təşkil edib. Fiziki şəxslərin əmanətlərinin böyük seqmenti müddətli əmanətlər olub. Müddətli əmanətlərdə ən böyük payı (49.2%) müddəti 1 ildən 5 ilə qədər olan əmanətlər təşkil edib.

Bu barədə Fins.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Qeyd edilib ki, dövr ərzində dollarlaşmada sabitlik müşahidə olunub. Hesabat dövründə manatla depozitlər 4% (0.8 mlrd. manat) artaraq sentyabrın sonuna 21.8 mlrd. manat, xarici valyutada depozitlər isə 1.4% (0.2 mlrd. manat) artaraq dövrün sonuna 13.8 mlrd. manat təşkil edib.

Hesabat dövrünün sonuna fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi 34% təşkil edib. Qeyri-rezident fiziki şəxslərin əmanətləri çıxılmaqla ev təsərrüfatlarının əmanətlərinin dollarlaşması dövrün sonuna 30.9% olub.

Hüquqi şəxslərin depozitlərinin dollarlaşması prosesi də sabitləşmişdir. Hüquqi şəxslərin depozitlərində xarici valyutanın payı 1.1 faiz bəndi azalaraq dövrün sonuna 41.8% təşkil edib.

Fuad Mədətov
Fins.az