Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən tikinti materialları və kimyəvi qatqıların istehsalı sahəsinin təşkili layihəsi üzrə 6 milyon manat güzəştli kredit ayrılıb.
Finss.az xəbər verir ki, bu barədə SİF məlumat yayıb.
Məlumata görə, güzəştli kredit "Kartaş Kimya” MMC-yə verilib. Layihənin maliyyələşdirilməsi “Azərbaycan Beynəlxalq Bankı” ASC vasitəsilə həyata keçirilib.
Fuad Mədətov
Finss.az
