Azərbaycanda hibrid və elektromobillərə verilən kreditlərdə kəskin artım müşahidə olunub.
Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiyasiyasının sədri Zakir Nuriyev VIII Beynəlxalq Bankçılıq Forumunda çıxış edərkən məlumat verib. O, bildirib ki, 2022-ci ilin sonuna bankların kredit portfelində elektrik və hibrid avtomobillərin minik avtomobil portfelində payı 17,8% təşkil edərkən, cari ilin iyun ayının 30-u tarixinə bu göstərici 59,9%-ə yüksəlib.
Zakir Nuriyev əlavə edib ki, Mərkəzi Bank tərəfindən tətbiq edilən requlyativ güzəştlər, sözügedən nəqliyyat vasitələri ilə bağlı kreditləşmənin artmasına müsbət təsir göstərib.
Fuad Mədətov
Fins.az