2024-cü il noyabrın 1-nə olan məlumata əsasən, Azərbaycan banklarının biznes kreditləri üzrə portfeli illik müqayisədə 19,4% artaraq 19,4 milyard manata çatıb.
Fins.az xəbər verir ki, bu barədə VIII Beynəlxalq Bankçılıq Forumunda "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin prezidenti Zakir Nuriyev məlumat verib.
O qeyd edib ki, dövlət fondları istisna olmaqla, yalnız bankların öz vəsaitləri hesabına real sektora verilən kreditlərin məbləği ümumi kredit portfelindəki artımı üstələyərək 21% artım göstərib.
Fuad Mədətov
Fins.az