BANK

03 Dekabr

AMB kommersiya banklarından fırıldaqçılıqla bağlı məlumat tələb edəcək

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn ildən etibarən kommersiya banklarından fırıldaqçılıq halları ilə bağlı statistik məlumat təqdim etməyi tələb edəcək.

Fins.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktor müavini Ramil Mahmudov VIII Beynəlxalq Bankçılıq Forumu çərçivəsində jurnalistlərə bildirib.

Ramil Mahmudov qeyd edib ki, gələn ildən etibarən kommersiya bankları, fırıldaqçılıq halları ilə bağlı statistik məlumat da daxil olmaqla, məlumatlarını Azərbaycan Mərkəzi Bankına təqdim edəcəklər. Məlumatlar toplanaraq Mərkəzi Bank tərəfindən təhlil ediləcək.

Bu addımın məqsədi fırıldaqçılıq hallarının qarşısının alınması və ödəniş sistemlərinin təhlükəsizliyinin artırılmasıdır.
 

Zemfira Ms
Fins.az