Fins.az - Bu ilin noyabr ayında Azərbaycanda pul bazası 2023-cü ilin eyni ayının göstəricisi ilə müqayisədə 12,2 faiz artaraq 20 576,8 milyon manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankının hesabatına əsasən, cari ilin oktyabr ayına nisbətdə isə noyabrda pul bazasında 0,5 faiz artım müşahidə olunub.
Qeyd edək ki, 2023-cü ilin dekabr ayının sonuna ölkədə pul bazası 20 875,2 milyon manat olub.