BANK

03 Dekabr

Bakıda Beynəlxalq Bankçılıq Forumu keçirilir

Bakıda iki günlük VIII Beynəlxalq Bankçılıq Forumu keçirilir.

Fins.az xəbər verir ki, Forumun əsas mövzuları bunlardır: rəqəmsal transformasiya (rəqəmsal və neobanklar), məlumat və analitika ilə iş strategiyası, ödəniş mənzərəsinin təkamülü (təmassız texnologiyalara keçid), ani, fasiləsiz və uyğun beynəlxalq ödənişlər, mərkəzləşdirilməmiş maliyyə (DeFi) inqilabı, bulud sistemləri və köhnəlmiş texnologiyalara alternativlər, kibertəhlükəsizlik, sabitlik və dayanıqlılıq prizmasından rəqəmsallaşma, ekoloji və dayanıqlı bankçılıq xidmətləri (ESG).
 

Fuad Mədətov
Fins.az