2024-cü ildə Azərbaycanda biznes kreditlərinin həcmi 17% artaraq 14,7 milyard manata çatıb.
Finss.az xəbər verir ki, "Yelo Bank"ın İdarə Heyətinin sədri Anar Həsənov ötən həftə keçirlən Azərbaycan Maliyyə Forumunda çıxışı zamanı bu artımın 2 milyard manatdan çox olduğunu bildirib.
Onun sözlərinə görə, mikro və kiçik sahibkarlığa dəstək xüsusilə önə çıxır:
"Belə ki, biznes kreditlərinin 96%-i məhz mikro və kiçik sahibkarlıq subyektlərinə verilib".
Fuad Mədətov
Finss.az