Azərbaycanda xarici bankların yerli filiallarının lisenziyalaşdırılması ilə bağlı tələblər sərtləşdirilir.
Finss.az xəbər verir ki, bu məqsədlə “Banklar haqqında” qanuna dəyişiklik edilməsi təklif olunur. Sənəd Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə edilib.
Yeni təklifə əsasən, xarici bankların yerli filialları lisenziyalaşdırılarkən, Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi formada, bankın benefisiar mülkiyyətçiləri haqqında məlumat da tələb ediləcək. Bu dəyişiklik, ölkə iqtisadiyyatına xarici bankların təsirini daha yaxından izləmək və şəffaflığı artırmaq məqsədini güdür.