BANK

20 Fevral

Azərbaycan banklarının əməliyyat mənfəəti 22 milyon manat artıb

2025-ci ilin yanvar ayının 1-nə Azərbaycan banklarının əməliyyat mənfəəti 1 milyard 663,2 milyon manat olub.

Finss.az Azərbaycan Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu göstərici illik müqayisədə 22 milyon manat (1,3%) və aylıq müqayisədə isə 127,4 milyon manat (8%) artım göstərib.

2024-cü ilin dekabr ayının 1-nə olan vəziyyətə görə, bankların xalis mənfəəti 1 milyard 535,8 milyon manat olub. 2024-cü ilin yanvar ayının 1-nə isə bu göstərici 1 milyard 641,2 milyon manat təşkil edib.

Fuad Mədətov
Finss.az