BANK

29 Noyabr

Azərbaycan banklarının istehlak kredit portfeli 22,6 % artıb

Cari ilin noyabr ayının 1-nə Azərbaycan banklarının istehlak kredit portfeli 8 milyard 277 milyon 800 min manat təşkil edib.

Fins.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletenə istinadən xəbər verir ki, istehlak kredit portfeli aylıq müqayisədə 125 milyon manat (1,54%), ötən ilin eyni dövrü ilə müqayisədə isə 1 milyard 526,5 milyon manat (22,6%) böyüyüb.

Qeyd edək ki, istehlak kredit portfeli bu ilin oktyabrın 1-nə 8 milyard 152 milyon 800 min manat, ötən ilin eyni dövrünə isə 6 milyard 751 milyon 300 min manat təşkil edib.

Fuad Mədətov
Fins.az