BANK

20 Fevral

Azərbaycanda investisiya şirkətlərində qadınların iştirakı azalır

İnvestisiya şirkətlərində qadınların payı 44%-ə çatsa da, rəhbər vəzifələrdə onların təmsilçiliyi daha aşağı səviyyədə qalır.

Bu barədə Finss.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.

İnvestisiya şirkətlərində qadınlar ümumi işçi qüvvəsinin 44%-ni təşkil edir. Son 12 ayda isə bu sektorda işə qəbul edilənlərin 32%-i qadın olub.

Rəhbər vəzifələrdə qadınların təmsilçiliyi daha aşağıdır:

  • Şöbə və departament rəhbərləri arasında qadınların payı – 25%
  • İdarə Heyəti üzvləri arasında qadınların payı – 4%
  • Müşahidə Şurasında qadınların payı – 12%

Fuad Mədətov
Finss.az