Azərbaycanın maliyyə sektorunda çalışan qadınların ümumi payı 42% təşkil edir. Bu sahədə bank sektoru qadınların ən çox təmsil olunduğu istiqamətlərdən biridir.
Bu barədə Finss.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.
Bank sektorunda qadın əməkdaşların payı 39%-ə çatıb, bu da ötən ilin göstəricisi ilə müqayisədə 1 faiz bəndi çoxdur (2024-cü ildə 38%).
Son 12 ayda işə qəbul edilənlərin 34%-ni qadınlar təşkil edib.
Rəhbərlik səviyyəsində qadınların təmsilçiliyi isə nisbətən aşağıdır:
- Departament və şöbə rəhbərləri arasında qadınların payı – 21%
- Müşahidə Şurası və İdarə Heyəti üzvləri arasında qadınların payı – 9%-11%