BANK

19 Fevral

Azərbaycanda xarici kapitallı özəl bankların kredit portfeli 15,9% artıb

2025-ci ilin yanvarın 1-nə Azərbaycanda 100% xarici kapitallı özəl banklarda kreditləşmə 2 milyard 407,4 milyon manat təşkil edib.

Finss.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletenə istinadən xəbər verir ki, bu göstərici aylıq müqayisədə 22,7 milyon manat (1%), illik müqayisədə isə 330,9 milyon manat (15,9%) artıb.

100% xarici kapitallı özəl bankların ümumi kreditlərdə payı 2025-ci ilin yanvarın 1-nə 8,2% olub, 2024-cü ilin dekabrın 1-nə bu pay 8,2%, yanvarın 1-nə isə 8,7% təşkil edib.

Qeyd edək ki, özəl bankların cəmi kredit portfeli ötən ilin dekabrın 1-nə 2 milyard 384,7 milyon manat, yanvarın 1-nə isə 2 milyard 076,5 milyon manat olub.

Fuad Mədətov
Finss.az