BANK

19 Fevral

Azərbaycanda 3 bankda fiziki şəxslərin depozit portfeli 1 milyard manatı ötüb

2024-cü ilin IV rübü üzrə Azərbaycanda 3 bankda fiziki şəxslərin depozit portfeli 1 milyard manatdan çoxdur.

Finss.az bu barədə bankların hesabatına istinadən xəbər verir.

Bankların açıqladığı rəsmi hesabatlara əsasən, ən yüksək depozit portfeli olan banklar:

  1. Azərbaycan Beynəlxalq Bankı – 2 milyard 746 milyon manat
  2. Kapital Bank – 2 milyard 596 milyon manat
  3. Paşa Bank – 1 milyard 888 milyon manat

Bundan əlavə, fiziki şəxslərin əmanətlərinin 900 milyon manatdan yuxarı olduğu iki bank:

  • Unibank – 956,4 milyon manat
  • Xalq Bank – 948,3 milyon manat

Fuad Mədətov
Finss.az