MÜSAHİBƏ

18 Fevral

Azərbaycanda xarici kapitallı bankların kredit bazarında payı 24%-ə yaxındır

Azərbaycanda xarici kapitallı bankların kredit portfeli 7 milyard manata yaxınlaşıb.

Finss.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletenə istinadən xəbər verir ki, 2025-ci ilin yanvarın 1-nə Azərbaycanda xarici kapitallı özəl bankların kredit portfeli 6 milyard 973,9 milyon manat təşkil edib.

Kredit portfeli aylıq müqayisədə 94,6 milyon manat (+1,4%) artıb. İllik müqayisədə 1 milyard 60,4 milyon manat (+17,9%) böyüyüb.

Xarici kapitallı özəl bankların ümumi kreditlərdə payı 2025-ci il yanvarın 1-nə – 23,8%, 2024-cü il dekabrın 1-nə – 23,7%, 2024-cü il yanvarın 1-nə – 24,7% təşkil edib.

Qeyd edək ki, bu göstərici 2024-cü ilin dekabrın 1-nə 6 milyard 879,8 milyon manat, yanvarın 1-nə isə 5 milyard 913,5 milyon manat olub.

Fuad Mədətov
Finss.az