BANK

28 Noyabr

Rusiya inflyasiyasının sürətlənməsi 8,78%-ə çatdı

Fins.az - Rusiya iqtisadiyyatı son həftələrdə inflyasiyanın sürətlə artması ilə üzləşib.

17-25 noyabr dövrü arasında illik inflyasiya 8,78%-ə yüksəlib. Bu barədə Rusiyanın İqtisadi İnkişaf Nazirliyi məlumat yayıb.

Son bir həftə ərzində istehlak inflyasiyası 0,36%-ə bərabər olub. Ərzaq məhsullarında qiymət artımının tempi 0,66%-ə qədər yavaşlasa da, meyvə-tərəvəz məhsullarının qiymətləri 3,8% artıb, digər ərzaq məhsullarında isə artım 0,32% təşkil edib.

Qeyri-ərzaq məhsullarının qiymət artımı daha da yavaşlayıb. Belə ki, qiymət artımının tempi 0,15%-ə düşüb. Xüsusilə elektron və məişət cihazlarının qiymətləri ucuzlaşıb. Bununla yanaşı, minik avtomobillərinin qiymət artımı da yavaşlayıb.

Bu məlumatlar, Rusiya iqtisadiyyatında qiymət artımının davam etdiyini və müəyyən sahələrdə qiymət artımının yavaşladığını göstərir.