“SP Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanda bankların kredit portfelinin 2025-ci ildə təxminən 15% artacağını proqnozlaşdırıb.
Finss.az bu barədə reytinq agentliyinə istinadən xəbər verir ki, Azərbaycanda kreditlərin artımı əsasən neft qiymətləri ilə əlaqəlidir. 2021-2024-cü illər ərzində kreditlər 18% artıb. Kredit portfelinin ümumi artımı əsasən istehlak kreditlərinin yüksək artım tempi ilə əlaqədardır.
“Azərbaycanda özəl sektorun borc yükü region ölkələri arasında ən aşağı səviyyədə qalır. Burada ev təsərrüfatlarının borcunun ÜDM-ə nisbəti 14%, korporativ borcun ÜDM-ə nisbəti isə 10%-dir. 2025-ci il martın 1-dən etibarən, Mərkəzi Bank əlavə 0.5% əks-tsiklik kapital buferi tələb edəcək, çünki kredit boşluğu göstəricisi (kreditin ÜDM-ə nisbətinin uzunmüddətli trenddən fərqi) 2%-dən çoxdur” - agentlik qeyd edib.
“SP” həmçinin əlavə edib ki, inflyasiyaya uyğunlaşdırılmış mənzil qiymətləri 2025-ci ildə təxminən 5%-10% artacaq.