BANK

28 Noyabr

Azərbaycan banklarının xalis mənfəəti artıb

Bu ilin yanvar-oktyabraylarında Azərbaycan bank sektoru 913,7 milyon manat xalis mənfəət əldə edib.

Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,6% çoxdur.

Xatırladaq ki, ötən ilin 10 ayında Azərbaycan bank sektoru 908,2 milyon manat xalis mənfəət əldə edib.

10 ay ərzində bankların digər gəlirləri 4,5 milyon manat (73,07% çox), mənfəət vergisi ödəmələri isə 213,9 milyon manat (10,05 % az) təşkil edib.

Fuad Mədətov
Fins.az