Fins.az - Dünya üzrə ən iri investisiya bankları, yaxın Şərqdəki gərginlik nəticəsində yaranan dalğalanmalardan faydalanaraq, İsrailin valyutası və istiqrazları ilə ticarətdən son 5 ilin ən yüksək gəlirini əldə etməyə hazırlaşır.
Reuters agentliyinin məlumatına görə, 2024-cü ildə bu bankların İsraillə bağlı sabit gəlirli ticarət, valyutalar və xammal məhsulları (FICC) sahəsində 475 milyon dollar gəlir əldə etməsi gözlənilir. Bu, 2023-cü illə müqayisədə 10%-dən çox artım deməkdir.
Artan gəlirlər, qlobal bankların İsrail aktivlərindəki qiymət dəyişikliklərindən necə gəlir əldə etdiyini göstərir. Geosiyasi gərginliklər, inflyasiyanın artmasına, iqtisadi inkişafın yavaşlamasına və borclanma xərclərinin yüksəlməsinə səbəb olub.
ABŞ-ın ən böyük bankı JPMorgan Chase Co., bu ilin ən yüksək gəlirini əldə edəcək banklar arasında lider olacaq. Təxminən 70 milyon dollar qazanacağı gözlənilir. Bununla yanaşı, Goldman Sachs və Citigroup da İsrailin FICC bazarında önəmli paya sahibdirlər.
Bu gəlir artışı, ümumi ticarət fəallığının azaldığı bu dövrə nəzərən İsrail aktivlərindən əldə olunan gəlirin önəmini bir daha vurğulayır.
JPMorgan-ın Tel-Əvivdəki ofisi 2000-ci ildən fəaliyyət göstərir və hazırda təxminən 200 nəfər işləyir. Avropa bankları isə İsrail ilə əlaqələrini məhdudlaşdırmağa başlayıblar, lakin onların bu ticarət sahəsindəki performansı hələ dəqiq məlum deyil.