BANK

14 Fevral

Azərbaycanda maliyyə sektorunda dayanıqlı maliyyə üzrə sorğunun nəticələri açıqlanıb

Azərbaycan Mərkəzi Bank (AMB) tərəfindən maliyyə sektorunda dayanıqlı maliyyə üzrə sorğunun 2024-cü ilə dair nəticələri açıqlanıb.

Finss.az AMB-yə istinadən xəbər verir ki, banklar, sığorta və investisiya şirkətlərinin iştirak etdiyi sorğu maliyyə institutlarında ekoloji, sosial və idarəetmə (ESİ) prinsiplərinin tətbiqi üzrə mövcud vəziyyəti və bu sahədə atılan addımları qiymətləndirmək məqsədi daşıyır.

Qiymətləndirmənin nəticələri Mərkəzi Bankın maliyyə sektorunda dayanıqlı maliyyənin inkişafına dair siyasətinin həyata keçirilməsində nəzərə alınır.

Qeyd edək ki, sorğu illik əsasda keçirilir və nəticələri ictimaiyyətə açıqlanır. Cari sorğu sayca ikincidir. 2023-cü ilə aid olan ilk sorğunun hesabatı ötən il Mərkəzi Bankın rəsmi internet səhifəsində yerləşdirilib.

2024-cü il üzrə “Maliyyə sektorunda dayanıqlı maliyyə üzrə sorğu hesabatı”nı aşağıdakı link üzərindən nəzərdən keçirmək mümkündür:

//uploads.cbar.az/assets/51ba78f816e10e1f0674d3fa9.pdf

Fuad Mədətov
Finss.az