BANK

13 Fevral

Azərbaycan banklarının ümumi biznes kredit portfeli artıb

Azərbaycan banklarının ümumi biznes kredit portfeli 14 milyard 787,2 milyon manata çatıb.

Finss.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletenə istinadən xəbər verir ki, bu göstərici aylıq müqayisədə biznes kreditlərinin həcmi 40,5 milyon manat (0,2%) artıb. İllik müqayisədə isə kredit portfeli 2 milyard 170,4 milyon manat (17,2%) böyüyüb.

2024-cü ilin dekabrın 1-nə bu göstərici 14 milyard 746,7 milyon manat, 2024-cü ilin yanvarın 1-nə isə 12 milyard 616,8 milyon manat olub.

Fuad Mədətov
Finss.az