BANK

11 Fevral

Azərbaycan banklarında ən yüksək faizlə əmanət yerləşdirilməsi: Hansı banka müraciət etməlisiniz?"

Əgər 10 000 manatınız varsa və haraya yatıracağınızı hələ qərarlaşdırmamısınızsa, bu yazı sizə düzgün seçim etməyə kömək edəcək. Hazırda Azərbaycan bankları müştərilərinə müxtəlif faiz dərəcələri ilə əmanət təklif edir və son dövrlərdə əmanət faizləri artmağa başlayıb. Lakin, seçim edərkən gəlirliliyi, faizlərin ödəniş tezliyini və müddətini nəzərə almaq vacibdir.

Finss.az xəbər verir ki, bəzi banklar aylıq faiz ödəyir, bəziləri isə faizləri müddətin sonunda və ya rüblük olaraq daha yüksək gəlir təqdim edirlər.

10 000 manatlıq əmanət qoyuluşunda minimal və maksimal gəlir bankdan və təklif olunan şərtlərdən asılı olaraq dəyişir. Ən yüksək gəlir təqdim edən banklar arasında Azərbaycan Beynəlxalq Bankı, Bank of Baku, AccessBank, Bank BTB, Expressbank, Turan Bank, Yelo Bank və AFB Bank xüsusi yer tutur. Bu banklar illik 12%-ə qədər gəlir vəd edir, bu da müddətin sonunda 1 200 manata qədər qazanc əldə etməyə imkan verir.

Ümumilikdə, qısa müddətli (3-6 ay) əmanətlərdə faiz dərəcələrinin daha aşağı olduğunu, uzunmüddətli əmanətlərdə isə bəzi bankların daha yüksək gəlir təklif etdiyini müşahidə etmək olar. Məsələn, 3 aylıq əmanətlərdə faizlər 1,5%-dən başlayır və 8%-ə qədər yüksəlir. 12 ay və daha uzun müddətli əmanətlərdə isə faizlər 12%-ə qədər çata bilər.

Faizlərin ödəniş tezliyi də qazancın həcminə təsir göstərir. Aylıq faiz ödənişləri ilə müqayisədə faizlərin müddətin sonunda ödənilməsi bir qədər daha yüksək gəlir gətirir. Belə ki, aylıq faiz ödənişi ilə 12 aylıq əmanət üzrə maksimum gəlir 1 150 manat olduğu halda, eyni müddət üçün faizlərin müddət sonunda ödənilməsi ilə bu məbləğ 1 200 manat ola bilər.

Ümumilikdə, Azərbaycanda 10 000 manatlıq əmanət yerləşdirildikdə minimum qazanc 100 manat (1%-lik faiz dərəcəsi ilə), maksimum qazanc isə 1 200 manat (12%-lik faiz dərəcəsi ilə) təşkil edir. Bu baxımdan, ən yüksək gəlir əldə etmək üçün uzunmüddətli və yüksək faiz təklif edən banklara üstünlük vermək məsləhət görülür.

Qeyd edək ki, AZN əmanətləri üzrə AccessBank kampaniya keçirir. Kampaniya 01.04.2025-ci il tarixinədək qüvvədədir. Əmanət məbləği 100 000 AZN-dən yuxarı və müddəti 18-24 ay olan əmanətlərin faiz dərəcəsinə +0,25% müştəri istəyinə əsasən əlavə edilə bilər.

Bundan başqa, Bank BTB “Əmanət kampaniyası” keçirir və bu kampaniya 07 yanvar 2025-ci ildən 28 fevral 2025-ci il tarixinədək davam edəcək.

Daha detallı banklar üzrə əmanət müddətləri və faiz ödənişinə görə bölgüsü aşağıda təqdim etdiyimiz cədvəldə verilmişdir:

 

Bank Depozit növü Depozit müddəti (AY) Faiz aylıq ödənilir Əmanətçinin illik gəliri Faiz müddətin sonunda ödənilir Əmanətçinin illik gəliri
Azərbaycan Beynəlxalq Bankı Klassik əmanəti 3 7% 700 8% 800
    6 10% 1 000 11% 1 100
    12 10,5% 1 050 11,5% 1 150
    18 11% 1 100 12% 1 200
Azər-Türk Bank Klassik əmanəti 12 8,0% 800 8,5% 850
    24 9,0% 900 9,5% 950
AccessBank Müddətli Depozit 6 10,5% 1 050 11% 1 100
    12 10,5% 1 050 11% 1 100
    18 11,75% 1 175 12% (+0,25%) 1 200
AFB Bank Müddətli Əmanət 12 11,5% 1 150 12% 1 200
    24 11,0% 1 100 12% 1 200
Bank BTB Əmanət kampaniyası 12 - 36 11,5% 1 150 12% 1 200
  Müddətli Əmanət 6-8 3,0% 300 4,0% 400
    12-17 10,0% 1 000 10,5% 1 050
Bank of Baku Dinamik əmanət 1-3 5,5% 550 5,5% 550
    12 12% 1 200 12% 1 200
Bank Respublika Müddətli əmanət 6-11 6,0% 600 7,0% 700
    12-17 10,0% 1 000 10,5% 1 050
Expressbank Klassik 3 8,0% 800 8,5% 850
    12-17 12,0% 1 200 12% 1 200
Kapital Bank Kapital depoziti 3 8,0% 800 9,0% 900
    12 10% 1 000 11% 1 100
Rabitəbank Universal əmanət 3 3,0% 300 4,0% 400
    12 9,25% 925 10,0% 1 000
Turan Bank Sirlər Xəzinəsi 6 10% 1 000 11% 1 100
Unibank Müddətli Əmanət 3 8,0% 800 9,0% 900
    12 10,5% 1 050 11% 1 100
VTB Bank Sərfəli 3 2,0% 200 3,0% 300
    12 11,5% 1 150 11,5% 1 150
Xalq Bank Proqress 12 5,75% 575 6,25% 625
Yapı Kredi Azərbcan Yığım 6 2,75% 275 3,5% 350
Yelo Bank Yelo Sabit 3 7,0% 700 7,5% 750
Ziraat Bank Standard Əmanət 9 7,75% 775 8,0% 800
Azərbaycan Sənaye Bankı Depozit 1 1,0% 100 3,0% 300