BANK

11 Fevral

Bakı iqtisadi rayonu manatla əmanətlərin ən böyük payına sahibdir - CƏDVƏL

Bakı iqtisadi rayonu manatla cəlb olunmuş əmanətlərin 8,2 milyard manat hissəsini təşkil edir ki, burada orta faiz dərəcəsi 5,64% olub.

Fins.az-ın Mərkəzi Bankın hesabatına istinadən verdiyi xəbərə görə, ikinci sırada Abşeron-Xızı iqtisadi rayonu yer alır və burada yaşayan əhalinin 434,2 milyon manat əmanəti var. Bu rayonda orta faiz dərəcəsi 6,98%-dir.

Üçüncü yeri isə Gəncə-Daşkəsən iqtisadi rayonu tutub, burada manatla əmanətlərin məbləği 204,5 milyon manat təşkil edir və orta faiz dərəcəsi 6,66% olub.

Daha ətraflı məlumat aşağıdakı cədvəldə təqdim edilib:

Region Cəmi Əmanətlər (min manat) Tələbli Əmanətlər Müddətli Əmanətlər
Azərbaycan Respublikası 9,730,048 4,149,867 (0.24%) 5,580,181 (9.74%)
Bakı iqtisadi rayonu 8,214,862 3,511,149 (0.21%) 4,703,713 (9.69%)
Abşeron-Xızı iqtisadi rayonu 434,229 135,849 (0.32%) 298,380 (10.01%)
Gəncə-Daşkəsən iqtisadi rayonu 204,456 73,038 (0.48%) 131,418 (10.10%)
Quba-Xaçmaz iqtisadi rayonu 127,748 55,726 (0.23%) 72,022 (10.02%)
Lənkəran-Astara iqtisadi rayonu 118,606 51,748 (0.23%) 66,858 (9.94%)
Şəki-Zaqatala iqtisadi rayonu 107,381 55,290 (0.34%) 52,091 (9.94%)
Qazax-Tovuz iqtisadi rayonu 103,662 44,523 (0.44%) 59,139 (10.23%)
Qarabağ iqtisadi rayonu 83,760 41,262 (0.19%) 42,498 (9.87%)
Naxçıvan iqtisadi rayonu 67,664 43,555 (0.91%) 24,110 (9.82%)
Şirvan-Salyan iqtisadi rayonu 63,553 35,135 (0.39%) 28,417 (9.65%)
Mil-Muğan iqtisadi rayonu 47,506 30,127 (0.19%) 17,379 (9.40%)
Dağlıq Şirvan iqtisadi rayonu 41,109 19,388 (0.34%) 21,721 (9.82%)
Şərqi Zəngəzur iqtisadi rayonu 416 318 (0.00%) 98 (9.85%)

Fuad Mədətov
Fins.az