Azərbaycanda 2025-ci ilin yanvarın 1-nə olan məlumata görə, manatla cəlb olunmuş əmanətlər 9,7 milyard manat təşkil edib.
Fins.az-ın Mərkəzi Bankın hesabatına istinadən verdiyi xəbərə görə, əmanətlər üzrə orta faiz dərəcəsi 5,68% olub.
Bu əmanətlərin 4,1 milyard manatı tələbli (orta faiz dərəcəsi 0,24%) və 5,6 milyard manatı müddətli əmanətlərin payına düşüb (orta faiz dərəcəsi 9,74%).
Fuad Mədətov
Fins.az