BANK

10 Fevral

Azərbaycanda manatla əmanətlər 13,1%, xarici valyutada 15% artıb

2025-ci il yanvarın 1-nə Azərbaycan banklarında fiziki şəxslərin depozit portfeli 14 milyard 299,1 milyon manat təşkil edib.

Fins.az Mərkəzi Bankın aylıq statistik bülleteninə istinadən xəbər verir ki, depozit portfeli aylıq müqayisədə 439,2 milyon manat (3,2%), 2024-cü ilin əvvəli ilə müqayisədə isə 1 milyard 716,9 milyon manat (13,6%) artıb.

Depozit portfelinin 9 milyard 400 milyon manatı milli valyutada, 4 milyard 899 milyon manatı isə xarici valyutada formalaşıb.

Milli valyutada olan əmanətlər son bir ayda 365,3 milyon manat (4%), son bir ildə isə 1 milyard 89,1 milyon manat (13,1%) artıb. Xarici valyutada olan əmanətlər isə aylıq müqayisədə 73,9 milyon manat (2%), illik müqayisədə isə 627,8 milyon manat (15%) artıb.

Fuad Mədətov
Fins.az