Fins.az - Yaponiyada istehlak qiymətləri sentyabr ayında 2.5% artdıqdan sonra oktyabr ayında illik ifadədə 2.3% artıb. Bu barədə ölkənin Daxili İşlər və Rabitə Nazirliyi məlumat yayıb. İnflyasiya yanvar ayından bəri minimuma çatıb.
Təzə ərzaq qiymətləri istisna olmaqla inflyasiya 2.3% artıb ki, bu da altı ay ərzində minimum göstəricidir. Analitiklərin 2.2%-lik artım proqnoz edirdilər.
Yaponiyanın əsas inflyasiya göstəricisi iki il yarımdan artıqdır ki, mərkəzi bankın 2%-lik hədəf səviyyəsində və ya daha yüksək səviyyədə qalır.
Elektrik enerjisi qiymətləri əvvəlki ay 15.2% artdıqdan sonra ötən ay 4% artıb. Qazın qiymətinin artımı isə 7.7%-dən 3.5%-ə qədər enib.
Mebel və məişət məmulatları 4.4% (sentyabrda - 4.8%) bahalaşıb, rabitə xidmətləri 3.5% (-2.6%), təhsil xidmətləri isə 1% (-1%) ucuzlaşıb.
Ərzaq 3.5% (sentyabrda - 3.4%), nəqliyyat xidmətləri 0.5% (0.1%), geyim 2.8% (2.6%), tibbi xidmətlər 1.7% (1.5%) bahalaşıb.
Ötən ay ərzaq və enerji istisna olmaqla inflyasiya illik ifadədə 2.3% olub, sentyabrda isə 2.1%.