BANK

04 Fevral

Azərbaycanda pul bazası 20,124 milyard manat təşkil edib

Bu il fevralın 1-nə Azərbaycanda pul bazası 20,124 milyard manat təşkil edib.

Bu barədə Finss.az Mərkəzi Banka istinadən xəbər verir.

Məlumata görə, bu göstərici bu il yanvar 1-i ilə müqayisədə 3,8% və ya 792 milyon manat azdır.

Qeyd edək ki, ölkədə pul bazası son 1 ildə 0,7% və ya 147 milyon manat azalıb.

Fuad Mədətov
Finss.az