BANK

04 Fevral

BNP Paribas xalis mənfəətini 15,7% artırıb

Finss.az - Fransız bankı BNP Paribas, 2024-cü ilin IV rübündə xalis mənfəətini 15,7%, gəlirini isə 10,8% artırıb.

Bu göstəricilər, bazarın gözləntilərini üstələyib. Oktyabr-dekabr dövründə bankın xalis mənfəəti 2,01 milyard avrodan 2,32 milyard avroya yüksəlib. Gəlir isə 10,95 milyard avrodan 12,14 milyard avroya artıb. Konsensus proqnozları, bankın 2,24 milyard avro xalis mənfəət və 11,64 milyard avro gəlir əldə etməsini gözləyirdi.

Bundan əlavə, BNP Paribas 2024-cü ilin yekunlarına əsasən hər bir səhmdara 4,79 avro dividend ödəyəcək. Bu, keçən ildən 4,1% daha çoxdur. Bu il bank, ildə iki dəfə dividend ödəməyə başlayacaq, ilk ödəmə sentyabrın sonunda olacaq.

Bank həmçinin ikinci rübdə 1,08 milyard avro dəyərində səhmlərin geri alımını həyata keçirməyi planlaşdırır.