BANK

20 Noyabr

Onlar Expressbankdan qiymətli hədiyyələr qazandı – Sən də qoşul!

Expressbank VISA kart istifadəçiləri üçün keçirilən "Şans Ekspressi" lotereyasının III rübü üzrə ilk tirajının qalibləri təsadüfi seçimlə müəyyənləşib. Qaliblərin seçimi bankın rəsmi sosial media hesablarının canlı yayımında baş tutub.

Fins.az xəbər verir ki, bu tirajda da 18 şanslı VISA kart istifadəçisi qalib olub və 3 ədəd "IPhone 16", 5 ədəd "Apple Watch 10" və 10 ədəd "Apple AirPods 4 ANC" qazanıblar.

Qaliblərimiz: //bit.ly/48Uk138

Lotereya davam edir!

"Şans Ekspressi" lotereyası 31.03.2025-ci il tarixinə qədər davam edəcək və daha 56 şanslı Expressbank Visa kart istifadəçisi qalib olacaq. Daha 2 ədəd Volkswagen markalı elektrikli avtomobil, onlarla iPhone 16, Apple Watch, AirPods öz şanslı qaliblərinə çatacaq.

Lotereyada necə iştirak etmək olar?

Lotereyada iştirak üçün alış-veriş zamanı ödənişlərinizi Expressbank VISA kartları ilə edərək hər 10 AZN ödənişdə şanslar qazana bilərsiniz. Lotereyada bütün valyutalar üzrə həm debet, həm də kredit kartları iştirak edə bilər.

Bir əməliyyat üçün hesablanan şans sayları kartın növünə görə 1 qat, 2 qat və 3 qat ola bilər. Lotereyada şans qazanmaq limitsizdir.

Expresso VISA kartlarını www.expressbank.az saytından, Express24 tətbiqindən və ya bankın filiallarından sifariş edə bilərsiniz.

Lotereya haqqında ətraflı məlumat almaq üçün linkə keçid edin.
 

Expressbank – İşiniz rahat getsin!

Zemfira Ms
Fins.az