BANK

19 Noyabr

“Unibank"da yeni təyinat olub

Unibank KB rəhbərliyinin qərarı ilə İlkin Cabbarov Risklərin idarə edilməsi departamentinin direktoru vəzifəsinə təyin olunub.

Bu barədə Fins.az-a bankdan məlumat verilib.

İlkin Cabbarov bu təyinatadək “Paşa Bank”da 9 ildən artıq müddətdə kreditlərin anderraytinqi, maliyyə və qeyri-maliyyə risklərinin idarəedilməsi üzrə rəhbər vəzifələrində çalışıb. Daha əvvəl isə eyni istiqamətlər üzrə “Turan Bank”da 5 il ərzində idarəedici vəzifələrdə fəaliyyət göstərib.

İlkin Cabbarov Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə sahəsində magistr təhsili alıb.

 

Zemfira Ms
Fins.az