BANK

28 Yanvar

Azərbaycan bankları 232,3 milyon manat vergi ödəyib

2024-cü ilin dekabrın 1-nə Azərbaycan banklarının mənfəətdən vergiləri 232,3 milyon manat təşkil edib.

Finss.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Əməliyyat mənfəəti aylıq müqayisədə 18,4 milyon manat (8,6%) artıb, illik müqayisədə isə 22,3 milyon manat (8,8%) azalıb.

Ötən ilin dekabrın 1-nə Azərbaycan banklarının mənfəətdən vergiləri 254,6 milyon manat, ötən ayın 1-nə isə 213,9 milyon manat olub.

Fuad Mədətov
Finss.az