Azərbaycanda fəaliyyət göstərən bütün banklar 2024-cü ilin 4-cü rübünün yekunu üzrə maliyyə göstəricilərini açıqlayıblar.
Finss.az xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən bankların depozit portfelinin həcminə görə renkinq siyahısında "Azərbaycan Beynəlxalq Bankı" ASC 10,6,543 min manatla ən yüksək nəticə göstərən bank olub.
İkinci ən yüksək nəticə "Kapital Bank" ASC-də (8,978,334 min manat), üçüncü ən yüksək nəticə isə "PAŞA Bank" ASC-də (6,410,56 min manat) qeydə alınıb.
Siyahıda sonuncu yerdə Melli İran Bankı Bakı filialı qərarlaşıb. Bank nəticələrini açıqlamayıb.
Finss.az 2024-cü ilin 4-cü rübün bankların depozit portfelinin həcminə görə renkinqini təqdim edir:

Fuad Mədətov
Finss.az