BANK

08 Noyabr

ABŞ Mərkəzi Bankının faiz endirimi dolları zədələdi

Fins.az - ABŞ Mərkəzi Bankı (FRS) cümə axşamı günü faiz dərəcəsini ikinci dəfə ardıcıl olaraq 0,25% endirdi.

Bu qərar bazarlarda gözlənilirdi və yekdil səsvermə ilə qəbul olundu. FRS, iqtisadiyyatın vəziyyətini qiymətləndirərkən inflyasiyanın azaldılması və işsizlik bazarının dəstəklənməsi arasında risklərin bərabər olduğunu bildirib. FRS rəhbəri Jerome Powell faiz dərəcələrini daha da endirmək niyyətində olduqlarını qeyd edib və bu, dolların dəyərinin azalmasına səbəb olub. Dollar, 104,50 səviyyəsində qalaraq günün sonunda 0,05% itki ilə bağlanıb.