BANK

08 Noyabr

FED uçot dərəcəsini endirib

ABŞ-ın Mərkəzi Bankı funksiyasını icra edən Federal Ehtiyat Sistemi (FED) iclasın nəticələrinə əsasən, baza faiz dərəcəsini 0,25 bənd azaldaraq 4,5-4,75%-ə endirib.

Fins.az xəbər verir ki, bu barədə məlumat ABŞ tənzimləyicisinin rəsmi saytında yerləşdirilib.

Federal Açıq Bazar Komitəsi (FOMC) öz hədəflərini dəstəkləmək üçün federal fondlar üzrə faiz dərəcəsinin hədəf diapazonunu 0,25 baza bəndi azaldaraq 4,5-4,75%-ə endirmək qərarına gəldiyini bildirib.

Fuad Mədətov
Fins.az