BANK

07 Noyabr

Xüsusi tənzimləmə rejimində sınaqdan keçiriləcək innovativ məhsullar müəyyən olunub

Xüsusi tənzimləmə rejiminə innovativ məhsulların sınaqdan keçirilməsi ilə bağlı daxil olmuş 21 müraciətin qiymətləndirilməsi prosesi başa çatıb.

Azərbaycan Mərkəzi Bankından Fins.az-a verilən məlumata görə, müraciətlər sırasından dörd innovativ məhsul seçilərək xüsusi tənzimləmə rejimində məhdud şərtlərlə sınaqdan keçirilmə imkanı qazanıb.

Bu məhsullar aşağıdakilardır:

  • “PASHAPAY” MMC şirkətinin təqdim etdiyi “Kripto birja cüzdanına köçürmələr” məhsulu
  • “UNICAPITAL İNVESTİSİYA ŞİRKƏTİ” ASC şirkətinin təqdim etdiyi “Kriptobroker” məhsulu
  • “SVORT” MMC şirkətinin təqdim etdiyi “Kripto platforma” məhsulu
  • “MOBILE PAYMENT SOLUTIONS” MMC şirkətinin təqdim etdiyi “PortCoin kriptovalyutası” məhsulu

Qeyd olunan məhsulların məhdud çərçivədə və Mərkəzi Bankın nəzarəti altında 6 ay ərzində sınaqdan keçirilməsi nəzərdə tutulub.

Fuad Mədətov
Fins.az