Mərkəzi Bank yeni yaradılmış “Türk Yaşıl Maliyyə Şurası”na üzv olub.
Bu barədə Fins.az-a AMB-dən bildirilib.
Qeyd edilib ki, Mərkəzi Bankının sədri Taleh Kazımovun iştirakı ilə Qırğız Respublikasının Bişkek şəhərində Türk Dövlətləri Təşkilatının On Birinci Zirvə Görüşü çərçivəsində növbəti mühüm təşəbbüs Türk Dövlətləri Təşkilatına üzv ölkələrin “Türk Yaşıl Maliyyə Şurası”nın yaradılması barədə Memorandumun imzalanması olub.
Azərbaycan Mərkəzi Bankı, Astana Maliyyə Mərkəzi, Qırğız Qiymətli Kağızlar Birjası və Türkiyə Qiymətli Kağızlar Təşkilatı arasında imzalanmış Memoranduma əsasən Şuranın əsas məqsədi üzv təşkilatlara yaşıl və dayanıqlı maliyyənin, ekoloji, sosial və idarəetmə faktorlarının nəzərə alındığı investisiyaların təşviqi istiqamətində məsləhət və konsultasiya xidmətlərinin göstərilməsidir.
Fuad Mədətov
Fins.az