BANK

05 Noyabr

Azərbaycan banklarının qeyri-faiz gəlirləri 23,6% artıb

Bu ilin oktyabrın 1-nə qədər Azərbaycan bank sektoru 1 milyard 222 milyon manat məbləğində qeyri-faiz gəliri əldə edib.

Fins.az tənzimləyici quruma istinadən bildirir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 233,5 milyon manat və ya 23,6% artım deməkdir.

Ötən ilin müvafiq dövründə isə bank sektorunun qeyri-faiz gəliri 988 milyon 500 min manat olub.

Hesabat dövründə bankların qeyri-faiz xərcləri 1 milyard 952 milyon manat təşkil edib. Ötən ilin oktyabrın 1-nə olan göstəriciyə görə, Azərbaycan banklarının qeyri-faiz xərcləri 1 milyard 675 milyon manat idi.

Fuad Mədətov
Fin.az