Finss.az - Azərbaycanda aktivlərini ən çox artıran bankların siyahısı məlum olub.
Ən yüksək artım faiz ifadəsində "Azər Türk Bank"-da qeydə alınıb. Bankın aktivləri 2,1 dəfə artaraq 1 milyard 88,8 milyon manat təşkil edib.
İkinci yerdə "Ziraat Bank Azərbaycan" qərarlaşıb. Bankın aktivləri 44,7% və ya 284,4 milyon manat artıb. İlk üçlüyü 41,9% və ya 215,5 milyon manat artımla "Yapı Kredi Bank Azərbaycan" tamamlayıb.
Ölkənin ən böyük banklarından biri olan "Kapital Bank" aktivlərini 31,3% və ya 2 milyard 712,6 milyon manat artıraraq dördüncü sırada qərarlaşıb. "Bank VTB Azərbaycan" isə aktivlərini 26,9% (67,2 milyon manat) artırıb.
İlk altılıqda "Expressbank" yer alıb. Bankın aktivləri 10,7% və ya 59,9 milyon manat artıb. Siyahının qalan hissəsi aşağıdakı kimidir:
- "Unibank" – 169,1 milyon manat (+10,6%)
- "Bank of Baku" – 63,4 milyon manat (+7,3%)
- "Accessbank" – 93 milyon manat (+6,7%)
- "Azərbaycan Sənaye Bankı" – 30 milyon manat (+4%)
Bu artımlar ölkənin bank sektorunun aktiv inkişaf etdiyini göstərir.