BANK

01 Noyabr

Azər-Türk Bank və Bank Respublika Naxçıvanda sahibkarlara yeni imkanlar yaradır

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu müvəkkil kredit təşkilatlarının sayını artırıb.

Fins.az-ın məlumatına görə, müvəkkil bankların siyahısına "Azər-Türk Bank" və "Bank Respublika" ASC-lər əlavə edilib, beləliklə, müvəkkil kredit təşkilatlarının sayı 3-dən 5-ə yüksəlib.

Bundan əlavə, Fond bir bank olmayan kredit təşkilatı (BOKT) ilə sahibkarlıq subyektlərinin güzəştli şərtlərlə maliyyələşdirilməsi məqsədilə əməkdaşlıq edir.

Fuad Mədətov
Fins.az