BANK

01 Noyabr

Sukuk istiqrazlarının buraxılması: AMB Dünya Bankı ilə birlikdə iş aparır

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) 2 ildən çoxdur ki, məhdud tərkibdə - yalnız 3 nəfərlə fəaliyyət göstərir.

AMB-nin sədri Taleh Kazımov bu barədə keçirilən brifinqdə, İH-nin tərkibinin genişləndirilməsi ilə bağlı açıqlama verib.

O, 2024-cü ilin əvvəlində elan edilən strategiyanın həyata keçirilməsinin 3 nəfərlə çətin olacağını qeyd edərək, İH-nə yeni üzvlərin təyin edildiyini bildirib.

Eyni zamanda, AMB-nin sədri bildirib ki, Azərbaycan Mərkəzi Bankına bir yerli bank islam bankçılığı ilə bağlı müraciət edib. T.Kazımov, sukuk istiqrazlarının buraxılmasına fokuslandığını və Dünya Bankı ilə birlikdə müvafiq qanunvericiliyin hazırlanmasına başladıqlarını vurğulayıb. O, qeyd edib ki, banklar müştəriləri daha yaxşı tanıdığı üçün bu məsələdə irəliləyiş onların iştirakı olmadan çətin olacaq. Hazırda banklarla test rejimində fəaliyyət üçün danışıqlar aparılır. İlk növbədə sükuk buraxılması, daha sonra isə islam bankçılığının tətbiqi planlaşdırılır. T.Kazımov layihənin icrasına 3-5 il vaxt lazım olduğunu bildirib və əsas məqsədin maliyyə inklüzivliyini və əlçatanlığını artırmaq olduğunu vurğulayıb.

Fuad Mədətov
Fins.az