Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə inklüzivliyi ilə bağlı dövlət proqramı hazırlayır.
Fins.az xəbər verir ki, bunu AMB-nin baş direktoru Şahin Mahmudzadə bildirib. O qeyd edib ki, sənəd hazırda razılaşdırma mərhələsindədir:
"İnklüzivlik proqramı çərçivəsində, maliyyə xidmətlərinin əlçatanlığını artırmaq məqsədilə müxtəlif aspektlərdə tədqiqatlar aparılacaq. Bununla yanaşı, bir sıra dövlət qurumlarının üzərinə düşən öhdəliklərə uyğun layihələrin həyata keçirilməsi planlaşdırılır".
Fuad Mədətov
Fins.az