BANK

01 Noyabr

Azərbaycan Yaşıl Maliyyə Taksonomiyasını COP29 zamanı açıqlamağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) Yaşıl Maliyyə Taksonomiyasını noyabrın 11-22-də Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı açıqlamağı planlaşdırır.

Fins.az-ın məlumatına görə, bunu AMB-nin baş direktoru Şahin Mahmudzadə bildirib.

O qeyd edib ki, sənədlə bağlı son iki həftədə məsləhətləşmələr aparılıb və taksonomiya 200-ə yaxın yerli və xarici ekspertlə, o cümlədən iki beynəlxalq təşkilatın nümayəndələri ilə müzakirə edilib:

"Bu qurumlar 110 ölkəni əhatə edir. Hazırda AMB bu taksonomiyanı hökumətə təqdim etməyə hazırlaşırıq və razılaşma əldə edilib".

Fuad Mədətov
Fins.az