Azərbaycan Mərkəzi Bankının valyuta bazarına satış yönlü müdaxiləsi bu ilin sonuna qədər davam edəcək.
Fins.az-ın xəbərinə görə, bunu qurumun sədri Taleh Kazımov keçirdiyi mətbuat konfransında bildirib.
O, oktyabrda 424 milyon ABŞ dolları məbləğində valyuta satışının həyata keçirildiyini vurğulayıb və bunun dövlət ehtiyaclarının ödənilməsi ilə əlaqəli olduğunu qeyd edib.
T.Kazımov, növbəti iki ayda da valyuta satışlarının olmasının gözlənildiyini əlavə edib.
Fuad Mədətov
Fins.az