BANK

01 Noyabr

AMB-nin emissiya etdiyi notların həcmi 3 dəfədən çox azalıb

Azərbaycan Mərkəzi Bankının (AMB) cari ilin yanvar-oktyabr aylarında emissiya etdiyi notların məbləği 3 dəfədən çox azalıb.

Fins.az xəbər verir ki, bu barədə AMB-nin açıqlamasında bildirilir.

AMB-nin məlumatına görə, oktyabr ayında 1 günlük təminatsız əməliyyatlar üzrə orta faiz (1D AZIR) 7,48% təşkil edərək faiz dəhlizinin daxilində qalıb. Təminatsız bazarda aktivliyin yüksək olduğu qeyd edilir, oktyabr ayında 1 gün ərzində baş tutan əməliyyatların orta həcmi 673 milyon manat olub.

Fuad Mədətov
Fins.az